Millimiz Avropa Kubokunda bürünc medal qazanıb
04.05.2024 - 13:58
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri millisi Bakıda keçirilən Avropa Kubokunda bürünc medal qazanıb.
Apasport.az xəbər verir ki, komanda Milli Gimnastika Arenasında təşkil olunan yarışda üçüncü olub.
Ləman Əlimuradova, Zeynəb Hümmətova, Kamilla Əliyeva, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzanın heyətində yer aldığı yığma çoxnövçülükdə 71,550 xal toplayıb.
Qeyd edək ki, qrup hərəkətləri millimiz həm 5 halqa, həm də 3 lent və 2 topla hərəkətdə finala adlayıb.
- "Fənərbaxça"lıları həyəcanlandıran görüş: Aziz Yıldırım və Ali Koç
- "ROX" avtomobilləri Azərbaycanda "25 000 km İpək Yolu Turu"nu uğurla başa vurdu - FOTO
- A Seriyası: “Fiorentina” səfərdən xalsız qayıdır
- Əsas millimizin ardınca onlar da bunu bacardı - YENİLƏNİB
- "Sabah"dan çempionluq yolunda növbəti addım - YENİLƏNİB
0
0