Güləş üzrə ölkə çempionatı Qazaxda keçiriləcək - İLK DƏFƏ
25.02.2026 - 17:26
Martın 11-dən 14-dək Qazaxda sərbəst və yunan-Roma güləşi üzrə U15 Azərbaycan çempionatı keçiriləcək.
Apasport.az xəbər verir ki, bu yaş qrupu üzrə ölkə birinciliyi ilk dəfə Qazaxda təşkil olunacaq.
Yarış Qazax Olimpiya İdman Kompleksində baş tutacaq və qarşılaşmaları ölkəmizin beynəlxalq və milli dərəcəli hakimləri idarə edəcəklər.
Çempionatda ilk üç yeri tutan güləşçilər müvafiq yaş qrupu üzrə Azərbaycan milli komandalarının heyətinə cəlb olunacaqlar.

- Yeqor Xvalko: "Kəpəz" Premyer Liqada qalmağın öhdəsindən gəldi" - Müsahibə
- “Turan Tovuz”un kapitanı: “Qarşımıza avrokuboklara düşmək kimi məqsəd qoyulmayıb” - Müsahibə
- La Liqa: “Vilyareal”dan qələbə, “Betis” səfərdə məğlub oldu
- Millimiz Avropa çempionatında əsas mərhələyə yüksəlib
- Millimiz Cəbəllütariqi məğlub edib
0
0