Yunan-Roma güləşi üzrə millimiz növbəti təlim-məşq toplanışına start verib.
Apasport.az xəbər verir ki, dünən Türkiyəyə yollanan komandamız Türkiyə Güləş Federasiyasının İstanbulun Sarıyer qəsəbəsində yerləşən təlim-məşq bazasında məskunlaşıb.
Yerli komandayla birgə keçiriləcən hazırlıq prosesi 2 həftə davam edəcək. Toplanış həm fiziki, həm də taktiki-texniki çalışmaları əhatə edəcək.
Sentyabrda Xorvatiyada təşkil ediləcək dünya çempionatına hazırlıq xarakteri daşıyan hazırlıq prosesində baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyevlə Kamran Məmmədovun rəhbərliyi altında Eldəniz Əzizli, Elmir Əliyev, Rəşad Məmmədov (hamısı 55 kq), Nihat Məmmədli, Hüseyn Qəribov, İlkin Qurbanov, Nihad Quluzadə (hamısı 60 kq), Murad Məmmədov, Ziya Babaşov (hər ikisi 63 kq), Həsrət Cəfərov, Fərid Xəlilov, Məhəmməd Şükürzadə (hamısı 67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Qurban Qurbanov (82 kq), İslam Abbasov, Laçın Vəliyev (hər ikisi 87 kq), Murad Əhmədiyev (97 kq), Sərxan Məmmədov və Beka Kandelaki (hər ikisi 130 kq) yer alıb.
- “Qarabağ”ın sabiq futbolçusu: “Bu, Musa Qurbanlı və Ramil Şeydayev üçün xeyirli oldu”
- Bədii gimnastlarımız Dünya kubokunun finalına vəsiqə qazanıb
- Slovakiya - Azərbaycan oyununun keçiriləcəyi stadion açıqlanıb
- Hakan Çalhanoğlu: "Münhendə qalib gəlmək çox çətindir, amma..."
- "Qarabağ" və "Bakı" məğlub olub