![Badmintonçularımız beynəlxalq turnirdə 2 medal qazandılar](https://apasport.az/storage/news/2024/july/16/big/6696b2624d8ef6696b2624d8f017211520986696b2624d8ed6696b2624d8ee.jpg)
Türkiyənin İstanbul şəhərində yeniyetmə badmintonçular arasında beynəlxalq turnir keçirilib.
Apasport.az xəbər verir ki, Azərbaycan idmançıları 2 kateqoriya üzrə bürünc medal qazanıblar.
Komandamız “Istanbul U17 Open” turnirinə 3 qız, 2 oğlan badmintonçu ilə qatılıb. Təmsilçilərimiz oğlanların qoşa yarışlarında bürünc medala layiq görülüblər. Mübarizəyə 1/16 final mərhələsindən başlayan Ülvi Hüseynov-Əmirxan İmanov cütü ardıcıl 3 qələbə sayəsində yarımfinala yüksəlib. Duetimiz bu mərhələdə Fatih Erdoğan-Yigitcan Erol tandeminə uduzub – 15:21, 17:21.
Digər bürünc medal 13 yaşadək badmintonçuların qarışıq qoşa yarışında qazanılıb. Ömər Teymurlu Bolqarıstan təmsilçisi Kalina Koseva ilə birgə müvafiq kateqoriyada ardıcıl olaraq 3 qələbə qazanaraq turnirin yarımfinalına kimi irəliləməklə mükafatçılar sırasında yer almağı bacarıb.