Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan həndbol üzrə ənənəvi beynəlxalq turnirin ilk turunun oyun cədvəli açıqlanıb.
Apasport.az xəbər verir ki, üç ölkənin kişilərdən ibarət altı komandasının iştirak edəcəyi yarışa “Kür” (Azərbaycan) - “Astana” (Qazaxıstan) matçı ilə start veriləcək.
Açılış oyunu saat 13:00-da olacaq. Saat 15:00-da turnirin rəsmi açılış mərasimi keçiriləcək. Saat 16:00-da isə Qazaxıstan millisi ilə “Bakı” (Azərbaycan) komandası meydana çıxacaq.
Qeyd edək ki, “AHF Arena”da təşkil olunacaq turnir sabah start götürəcək və sentyabrın 3-də başa çatacaq.
- Mehmet Ak: "İlk matçda "Dinamo" avantajlı olacaq, amma..." - Müsahibə
- Kaxaber Tsxadadze: "Bəzi epizodları təcrübəsizliyə görə qola çevirə bilmədik”
- AVRO-2024 Almaniya-Şotlandiya matçıyla başlayacaq - Təqvim
- Beqoviç “Çelsi”nin siyasətini tənqid etdi - SƏBƏB
- Arif Əsədov: “Neftçi” “Qarabağ”la mübarizə aparmağa hazır deyil”