
Azərbaycan avarçəkənləri “Samsun Draqon Festivalı”nda mübarizə aparacaq.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidməti açıqlayıb.
İdmançılarımız ilk dəfə olaraq “Draqon” qayıqlarında beynəlxalq turnirdə iştirak edəcəklər. Türkiyənin Samsun şəhərində təşkil olunacaq yarış mayın 23-25-də keçiriləcək. Azərbaycan millisi “Samsun Draqon Festivalı”nda 11 oğlan idmançı ilə təmsil olunacaq.
Qeyd edək ki, avarçəkmənin bu növü son illərdə populyarlıq qazanıb. Ölkəmizdə keçirilən “Prezident Kuboku” və “Mingəçevir Reqatası” beynəlxalq turnirlərinin açılış mərasimi zamanı idmançılarımız “Draqon” qayıqlarında nümunəvi çıxışlar nümayiş etdiriblər.