Dünya çempionatı: Azərbaycan karateçiləri ilk onluqda
19.10.2026 - 16:03
Dünya çempionatı: Azərbaycan karateçiləri ilk onluqda

Azərbaycan karate üzrə dünya çempionatının medal sıralamasında ilk onluqda yer alıb.

Apasport.az xəbər verir ki, Polşanın Belsko-Biala şəhərində kadetlər, gənclər və U21 yaş qrupu arasında keçirilən WKF üzrə 14-cü dünya çempionatının yekun medal sıralaması açıqlanıb.

114 ölkənin təmsil olunduğu yarışda Azərbaycan millisi 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanaraq 10-cu yeri tutub.