A Seriyası: “Milan” autsayderlə bacarmayıb
11.01.2026 - 23:33
A Seriyası: “Milan” autsayderlə bacarmayıb

İtaliya A Seriyasında XX turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, günün ilk matçında “Leççe” doğma meydanda “Parma”nı qəbul edib.

Üç qolun vurulduğu qarşılaşmada qonaqlar 2:1 hesabı ilə qələbə qazanıblar.

“Milan” isə səfərdə autsayder “Fiorentina” ilə üz-üzə gəlib. Gərgin keçən oyunda qalib müəyyənləşməyib – 1:1.

“Latsio” da səfərdə “Verona” ilə qarşılaşıb və minimalhesablı qələbə əldə edib – 1:0.