“Barselona”nın futbolçusundan təqdirəlayiq addım
29.12.2023 - 23:45
“Barselona”nın müdafiəçisi Jül Kunde “Fraternel Landiras” (Fransa) klubuna hədiyyə təqdim edib.
Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu uşaq futbol komandasına mikroavtobus alıb. O, uşaqların oyunlara daha rahat getməsi üçün belə bir addım atıb.
Qeyd edək ki, Kunde 2022-ci ildən “Barselona”da oynayır. O, Fransa millisinin də üzvüdür. Fransalı oyunçu özü də “Fraternel Landiras”ın yetirməsidir.
- "Qarabağ"dan ayrıldı, 3-cü Liqa klubuna keçdi
- Şəhriyar Əliyev: “Ən azından üçüncü pillədəki yerimizi saxlamaq istəyirik”
- Konfrans Liqasında qruplar bilindi - YENİLƏNİB
- Azərbaycanın qadınlardan ibarət güləş millisi Macarıstanda təlim-məşq toplanışına başlayıb
- Cavid Həsənov: "Qızıl medal çox yaxın idi"
0
0