La Liqa: “Betis” autsayderlə bacarmayıb
10.01.2026 - 23:55
La Liqa: “Betis” autsayderlə bacarmayıb

İspaniya La Liqasında XIX turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, günün ilk matçında “Real Betis” səfərdə autsayder “Real Ovyedo"nun qonağı olub.

Gərgin keçən qarşılaşmada qalib müəyyənləşməyib. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Digər matçda “Vilyarreal” doğma meydanda “Alaves”i 3:1 hesabı ilə məğlub edib.

“Jirona” isə öz növbəsində “Osasuna” üzərində minimalhesablı qələbə qazanıb - 1:0.