İngiltərə Premyer Liqasının XXVI turunun "Liverpul" – "Mançester Yunayted" oyunu gözlənilməz nəticə ilə başa çatıb.
Apasport.az xəbər verir ki, Liverpul şəhərində baş tutan matç meydan sahiblərinin 7:0 hesablı darmadağını ilə nəticələnib.
Kodi Xakpo, Darvin Nunyes, Məhəmməd Salah dubl, mövsümün sonunda "Liverpul"dan gedəcəyi dəqiqləşmiş Robertu Firminu isə 1 qol vurub. Onu da bildirək ki, "Liverpul" son 6 qolu fasilədən sonra vurub.
Bununla da "Liverpul"un Premyer Liqada məğlubedilməzliyi 5-ə çatıb. Komanda bu 5 matçda qapısından top buraxmayıb, rəqib çərçivəsinə 13 qol vurub. Yürqen Kloppun yetirmələri 42 xalla 5-ci sıraya yüksəlib.
- Premyer Liqada ilk istefa: “Kəpəz” Vahabzadə ilə vidalaşdı
- Həsrət Cəfərov yarımfinalda azərbaycanlı idmançı ilə qarşılaşacaq
- Kapitan gəmini tərk edir - ”Kristal Pelas”da ayrılıq səsləri
- “Qarabağ”ın baş tutmayan qış transferləri – siyahıda Babakar da olub
- “Qəbələ” gözlənilməz qələbə qazandı - YENİLƏNİB