Premyer Liqa: “Liverpul” son çempionla bacarmadı
01.11.2026 - 22:26
İngiltərə Premyer Liqasında IX turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, “Liverpul” öz meydanında son çempion “Arsenal”la üz-üzə gəlib.
Gərgin keçən qarşılaşmanın taleyini bir qol həll edib. Kay Havertsin 16-cı dəqiqədə vurduğu qol “topçular”a minimal hesablı qələbə qazandırıb – 1:0.
Qeyd edək ki, bu nəticədən sonra xallarının sayını 24-ə çatdıran “Arsenal” liderliyə yüksəlib. Aktivində 15 xal olan “Liverpul” isə 5-ci pillədə qərarlaşıb.
0
0