Teymur Rəcəbov 2-ci pilləyə yüksəlib
29.06.2024 - 00:21
![Teymur Rəcəbov 2-ci pilləyə yüksəlib](https://apasport.az/storage/news/2024/june/29/big/667f3768bb787667f3768bb7881719613288667f3768bb784667f3768bb785.jpeg)
Azərbaycan şahmatçısı Teymur Rəcəbov Moskvada “Şahmat ulduzları 4,0” turnirində iştirak edir.
Apasport.az xəbər verir ki, təmsilçimiz iki günün nəticəsinə görə 4 xal toplayıb.
Teymur rapid üzrə turnirdə bu gün 3 partiyada yarışıb. Yekaterinə Laqnoya qalib gələn Rəcəbov Hou Lifan və Sergey Karyakinlə xalları yarıya bölüb. Nəticədə hesabına dünən olduğu kimi 2 xal yazdıran şahmatçımız yalnız Vladislav Artemyevdən (5,5 xal) geri qalır.
Qeyd edək ki, sabah rapiddə mübarizəyə yekun vurulacaq. İyulun 1-2-də blitsdə ən güclülər bəlli olacaq.
0
0