Xankəndidə keçirilən XI Vüqar Həşimov Memorialının qalibi bəlli olub.
Apasport.az xəbər verir ki, Yan Nepomnyaşi 13 xalla birinci yerə layiq görülüb.
Vladimir Fedoseyev (Sloveniya) ikinci, təmsilçimiz Rauf Məmmədov isə üçüncü olub.
Qalibə kuboku gənclər və idman naziri Fərid Qayıbov təqdim edib. Digər mükafatlar isə Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov və Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov tərəfindən sahiblərinə verilib.
Qeyd edək ki, Memorialda ümumilikdə 6 şahmatçı rapid və blits üzrə mübarizə aparıb.