İtaliya klubları 17 ildən sonra - "Napoli"dən ilk
16.03.2023 - 10:25
![İtaliya klubları 17 ildən sonra - "Napoli"dən ilk](https://apasport.az/storage/news/2023/march/16/big/6412b6768d3216412b6768d32216789479586412b6768d31f6412b6768d320.png)
İtaliya 17 ildən sonra Çempionlar Liqasının 1/4 finalında 3 klubla təmsil olunacaq.
Apasport.az saytı xəbər verir ki, A Seriyasının üç təmsilçisi 1/8 final mərhələsini uğurla başa vurub.
"Milan", "İnter" və "Napoli" qitənin ən möhtəşəm klub yarışında yoluna davam edəcək. 2006-cı ildə "Milan", "Yuventus" və "İnter" bu uğura nail olub.
"Napoli" isə tarixində ilk dəfə Çempionlar Liqasının 1/4 finalında oynayacaq. Neapollular heç vaxt nə bu mərhələyə, nə də ikinci qrup mərhələsinə vəsiqə qazana bilməyib.
0
0