“Mançester Siti” Qvardiola ilə 1000-ə çatdı
04.05.2023 - 10:58
![“Mançester Siti” Qvardiola ilə 1000-ə çatdı](https://apasport.az/storage/news/2023/may/04/big/6453579a75c8c6453579a75c8d16831835146453579a75c8a6453579a75c8b.png)
Pep Qvardiola “Mançester Siti”yə növbəti uğurunu qazandırıb.
Apasport.az saytı xəbər verir ki, 52 yaşlı mütəxəssisin rəhbərliyi altında 404 matça çıxan komanda rəqib qapılarına 1000-ci qolunu vurub.
2016-cı ildən “şəhərlilər”in sükanı arxasında olan ispan mütəxəssis Mançester təmsilçisi ilə 4 Premyer Liqa çempionluğu qazanıb.
Bu mövsüm isə topladığı 79 xalla turnir cədvəlinin zirvəsində yer alan “Mançester Siti” ardıcıl 3-cü dəfə çempion ola bilər.
Qeyd edək ki, komanda Premyer Liqanın XXVIII turunun təxirə salınmış oyununda “Vest Hem”i 3:0 hesabı ilə məğlub edib.
0
0