Meksika millisi dünya çempionatları tarixində ilk dəfə Azteka stadionunda məğlub olub.
Apasport.az xəbər verir ki, "El Tri" DÇ-2026-nın 1/8 finalında İngiltərəyə 2:3 hesabı ilə uduzaraq turnirlə vidalaşıb.
Bununla da Meksikanın dünya çempionatlarında Azteka stadionundakı məğlubiyyətsizlik seriyası başa çatıb.
Meksika bu oyuna qədər mundiallarda Aztekada keçirdiyi 10 qarşılaşmada 6 qələbə qazanmış, 4 dəfə heç-heçə etmişdi. İngiltərəyə məğlubiyyət isə komandanın bu stadionda dünya çempionatları tarixində ilk uduzduğu oyun olub.
Qeyd edək ki, Azteka stadionu 1970, 1986 və 2026-cı illərdə dünya çempionatı oyunlarına ev sahibliyi edib.