Vinisius ulduzlaşdı - Matçın ən yaxşısı seçildi
20.06.2026 - 06:53
Futbol üzrə dünya çempionatının C qrupunda keçirilən Braziliya - Haiti matçının ən yaxşı oyunçusu müəyyənləşib.
Apasport.az xəbər verir ki, FIFA-nın seçiminə görə, Braziliya millisinin hücumçusu Vinisius Junior görüşün ən yaxşı futbolçusu seçilib.
"Real Madrid"in vingeri 3:0 hesabı ilə başa çatan qarşılaşmada 1 qol vurub, 1 məhsuldar ötürmə edib və komandasının ilk qolunun qurulmasında da mühüm rol oynayıb.
Qeyd edək ki, Braziliya ilk turda Mərakeşlə 1:1 hesablı heç-heçə etmişdi. C qrupunda yer alan komanda son turda Şotlandiya ilə qarşılaşacaq. Haiti isə Mərakeşlə üz-üzə gələcək
0
0