“Liverpul”un baş məşqçisi Yurgen Klopp maraqlı bir statistika ilə diqqəti mərkəzinə düşüb.
Apasport.az saytı xəbər verir ki, alman mütəxəssis 2015-ci ildə Mersisayd klubunun baş məşqçi postuna gətirildikdən sonra Premyer Liqanın 5 aparıcı komandası 22 dəfə məşqçisi ilə yollarını ayırıb.
Bu klublardan “Mançester Siti” ən az dəyişikliyə əl atıb. “Şəhərlilər”in azarkeşləri son 8 ildə komandanın “sükanı arxası”nda iki mütəxəssisi görüblər ki, bunlar Manuel Pelleqrini və Pep Qvardioladır.
“Çelsi” isə 2015-ci ildən 7 məşqçiyə qapını göstərib. Onlar bu göstəricidə birincidirlər.
“Arsenal” 3, “Mançester Yunayted” 5 və “Tottenhem” isə 6 dəyişikliklə yadda qalıb.

- Quti: “İspaniya millisinin baş məşqçisi olmaq istəyirəm”
- "Sabah"dan minimalhesablı qələbə - YENİLƏNİB
- Xulio Rodriqes: “Baş məşqçi dedi ki, “Sabah”da qalmaq təkcə ondan asılı deyil” - MÜSAHİBƏ
- AFFA-da yeni təyinat
- Dövlət başçısı Sumqayıt şəhər stadionunda yaradılan şəraitlə tanış olub - FOTO - YENİLƏNİB