Stolüstü tennisçilərimiz Türkiyəyə yollanıblar
10.04.2024 - 17:23
15 yaşadək stolüstü tennisçilərdən ibarət Azərbaycan millisi Türkiyəyə yola düşüb.
Apasport.az xəbər verir ki, Tunar Bağırov, Şakir Qədirov, Banu Baytallı və Şəbnəm Mansurovadan ibarət heyət məşqçi Zakir Cavadovun rəhbərliyi ilə Balıkesirdə təşkil olunacaq “Türk Dövlətləri” beynəlxalq təlim-məşq toplanışı və dostluq yarışında iştirak edəcək.
Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Şimali Kipr idmançılarının qatılacaqları təlim-məşq toplanışı və yarışı 11-17 aprel tarixlərində keçiriləcək.
- Ralf Ranqnik: "Konsentrasiya olmuşduq ki, qalib gələk" - MÜSAHİBƏ
- Sənan Süleymanov: “Gizlətmirəm, ilk qarşılaşmadan öncə çox həyəcanlı idim”
- İspaniya – Türkiyə matçı bu kanallarda
- “Everton”un məsələsinə Apellyasiya Şurasında baxılacaq
- Premyer Liqada növbəti mövsümün transfer pəncərələrinin vaxtı müəyyənləşdi
0
0