Təmsilçilərimizdən 3 medal
27.09.2024 - 22:32
Stolüstü tennisçilərimiz Gürcüstanda təşkil olunan “WTT Youth Contender” turnirində ilk mükafatlarını qazanıblar.
Apasport.az xəbər verir ki, Adil Əhmədzadə - Mərziyyə Nurmətova tandemi qarışıq qoşa yarışlarında etimadı doğruldub.
16 yaşlı idmançılarımız Batumidə keçirilən turnirdə U-19 yaş dərəcəsində üçüncü yeri tutublar. 13 yaşadək idmançıların şəxsi mübarizəsində isə Onur Quluzadə 1-ci, Yağmur Məmmədli 3-cü yerə layiq görülüb.
Qeyd edək ki, 11 ölkə stolüstü tennisçilərinin qatıldığı beynəlxalq yarışa sentyabrın 29-da yekun vurulacaq.
- Azərbaycan çempionu braziliyalı müdafiəçi transfer etdi
- Millimizin Araz Musayevi bıçaqlayan baş məşqçisi həbs edildi
- "Mingəçevir"in baş məşqçisi: "Heç kəs belə bir şəxsin kluba gələcəyini demir" - MÜSAHİBƏ
- Azərbaycanda futbolun inkişafı üçün ayrılmış vəsaitin məbləği açıqlanıb
- "Səbail"dən ayrılan futbolçu özünə yeni klub tapdı
0
0