Azərbaycan Taekvondo Federasiyasında dan imtahanı keçirilib
26.08.2024 - 14:51
![Azərbaycan Taekvondo Federasiyasında dan imtahanı keçirilib](https://apasport.az/storage/news/2024/august/26/big/66cc5cfe259d166cc5cfe259d2172466918266cc5cfe259cf66cc5cfe259d0.jpg)
Azərbaycan Taekvondo Federasiyası (ATF) dan imtahanı təşkil edib.
Bu barədə apasport.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.
65 məşqçi və idmançının qatıldığı imtahan ATF-in texniki direktoru, beynəlxalq dərəcəli referi Oh Kvanq Çeolun rəhbərliyi ilə keçirilib.
İdançılardan 51-i birinci, 11-i ikinci, 2-si üçüncü, 1-i isə dördüncü dan üçün imtahan verib.
0
0