Karateçimiz "Karate-1" A Seriya turnirində bürünc medal qazanıb - FOTO
08.09.2025 - 15:53
Karateçimiz "Karate-1" A Seriya turnirində bürünc medal qazanıb - FOTO

Azərbaycan idmançısı Rəşid Süleymanov (75 kq) Avstriyanın Zalsburq şəhərində keçirilən "Karate-1" A Seriya turnirində bürünc medal qazanıb.

Apasport.az xəbər verir ki, Azərbaycan millisinin üzvü fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Qeyd edək ki, "Karate-1" A Seriya turnirləri idmançıların dünya reytinqində xal toplaması baxımından böyük əhəmiyyət kəsb edir.