Parataekvondoçumuz Fransada ikinci olub
09.10.2026 - 09:42
Parataekvondoçumuz Fransada ikinci olub

Parataekvondo üzrə Azərbaycan millisinin üzvü Sabir Zeynalov Paris Qran-Prisində gümüş medal qazanıb.

Apasport.az xəbər verir ki, 58 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda israilli Asaf Yasuru ilə qarşılaşıb.

Zeynalov rəqibinə məğlub olaraq turniri ikinci pillədə başa vurub.