Yığmamız qitə çempionatına 3 parataekvondoçu ilə yollanır
07.05.2024 - 23:11
Azərbaycan parataekvondo yığması Avropa çempionatında mübarizə aparacaq.
Apasport.az xəbər verir ki, turnir mayın 9-12-də Serbiyanın paytaxtı Belqradda keçiriləcək.
Çempionatda millimizin baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərli (80 kq) qüvvəsini sınayacaq.
Qeyd edək ki, parataekvondoçularımız K-44 kateqoriyasında mübarizə aparacaqlar.
- İspaniya millisinin sabiq qolkiperi karyerasını başa vurub
- "Qarabağ" Avropa çempionatında iştirak edəcək futbolçusunu təbrik etdi
- Millimizin dünya çempionatının seçmə mərhələsindəki rəqibləri açıqlandı
- Sürpriz iddia: Rodriqoya qarşılıq Haalandı istədilər
- "Yuventus" 20 milyonluq transferini yekunlaşdırdı
0
0