Cokoviç finalda 19 yaşlı rəqibinə məğlub olub
31.03.2025 - 16:24

Serbiyalı tennisçi Novak Cokoviç Mayamidə keçirilən turnirin finalında 19 yaşlı çexiyalı Yakub Menşiklə üz-üzə gəlib.
Apasport.az xəbər verir ki, gərgin keçən qarşılaşma çexiyalının qələbəsi ilə yekunlaşıb.
2 saat 3 dəqiqə davam edən gərgin mübarizədə Menşik 37 yaşlı serbiyalını 2:0, 7:6, 7:6 hesabı ilə məğlub edib.
0
0