Qadın voleybolçular arasında Azərbaycan çempionatı davam edir.
Apasport.az xəbər verir ki, çempionat çərçivəsində bu gün II turun oyunları keçiriləcək.
Günün ilk matçında “Murov AZ Terminal”ın rəqibi “Milli Aviasiya Akademiyası”nın qadın voleybolçuları olacaq. Bakı Voleybol Mərkəzində keçiriləcək oyun saat 15:00-da start götürəcək.
Daha 2 qarşılaşma isə saat 18:00-a planlaşdırılır. İlk görüşündə “Azərreyl”i gözlənilmədən məğlub edən “Abşeron” bu dəfə audsayder UNEC-i sınağa çəkəcək.
“Gəncə” isə doğma azarkeşləri önündə çempionluğa iddialı kollektivlər sırasında yer alan “Azərreyl”lə qarşılaşacaq.
- "Qəbələ" azarkeşlərinə bəd xəbər: KOMANDA EV OYUNUNU ŞAMAXIDA KEÇİRƏCƏK
- "Konyaspor"un yeni çalışdırıcısı bəlli olub
- Fernandu Santuşun mətbuat konfransının vaxtı bəlli olub
- "Qarabağ"ın potensial rəqiblərinin matçında minimalhesablı qələbə
- Adil Şükürov Estoniya faciəsi haqda: "Düzgün olmayan qərarlar..."