Azərbaycan Voleybol Federasiyasının (AVF) Qəbələ şəhərində məşqçi-müəllimlər üçün təşkil etdiyi kurs başa çatıb.
Apasport.az xəbər verir ki, Qəbələ Olimpiya İdman Kompleksində baş tutan və dörd gün davam edən AVF-nin “1-ci dərəcə” məşqçi kursunda “Oğuz RVK”nın tərkibinə daxil olan şəhər və rayonların 15 məşqçi-müəllimi iştirak edib.
Dərslər FIVB-nin məşqçi-instruktoru, AVF-nin Təhsil şurasının rəhbəri Cengiz Akarçeşme tərəfindən keçirilib.
Kursun sonuncu gününda iştirakçılar nəzəri və praktiki imtahan veriblər. Hər iki imtahanı uğurla keçən 14 mütəxəssisə AVF-nin “1-ci dərəcə” sertifikatı təqdim olunub.
Qeyd edək ki, belə kurslar Bakıda və digər bölgələrdə də təşkil olunacaq. AVF-nin “1-ci dərəcə” sertifikatını almış məşqçi-müəllimlər yerli çempionatlarda məşqçilik edə biləcəklər. Hər üç dərəcəni alacaq mütəxəssislər isə FIVB-nin Level-1 seminarında iştirak etmək hüququ qazanacaqlar.
- Ronaldonun oğlu Mahd Akademiyasında məşqlərə başladı
- Formula 1 Azərbaycan Qran Prisi: Sürət həvəskarları Pit zolağı gəzintisində - FOTO
- Xulio Rodriqes: “Baş məşqçi dedi ki, “Sabah”da qalmaq təkcə ondan asılı deyil” - MÜSAHİBƏ
- Boks üzrə Azərbaycan çempionatına yekun vurulub
- "Səbail"in əvəzedicilərindən böyükhesablı qələbə