Azərbaycan çempionatında ilin ilk oyunları start götürəcək
07.01.2025 - 09:19
![Azərbaycan çempionatında ilin ilk oyunları start götürəcək](https://apasport.az/storage/news/2025/january/07/big/677cb9b6b1ffd677cb9b6b1ffe1736227254677cb9b6b1ff1677cb9b6b1ffc.jpg)
Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 2025-ci ilin ilk oyunları keçiriləcək.
Apasport.az xəbər verir ki, IV turun açılış matçında MOİK "Azərreyl"lə üz-üzə gələcək.
Qarşılaşma saat 16:00-da start götürəcək.
İki saat sonra "Murov Az Terminal" - "Xilasedici" görüşü başlayacaq. Hər iki matç Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq.
Qeyd edək ki, turun "Neftçi" - "Gənclər" oyunu yanvarın 8-də baş tutacaq.
0
0