Azərbaycan çempionatının adı dəyişdirildi
14.12.2022 - 13:01

Qadın voleybolçular arasında Azərbaycan çempionatının adı dəyişdirilib.
Apasport.az saytının məlumatına görə, 2022/2023 mövsümündə yarışın adı Yüksək Liqa adlanacaq.
Çempionat bunadək Super Liqa adı altında keçirilirdi. Birincilikdə “Azərreyl”, “Abşeron”, “Murov” və UNEC klubları mübarizə aparacaqlar. Çempionat 6 dövrədən ibarət olacaq. Əgər yekunda xallar bərabər olarsa, qalib qələbə sayına əsasən müəyyənləşəcək.
Qeyd edək ki, kişilərin çempionatı da Yüksək Liqa adlanır.
- Müstəqillik Gününə həsr olunmuş turnirin final mərhələsi keçirilib
- Mişuradan təklif: "Əvvəlki “Neftçi” ilə indiki “Neftçi” qarşılaşsın" - MÜSAHİBƏ
- Azərbaycan Kuboku: "Şimal", “Ağdaş” və “Hypers”dən qələbə - YENİLƏNİB
- Üç parataekvondoçumuz Qran-pridə
- Millimizin baş məşqçisi: “Daha yaxşı nəticələr əldə edəcəyik”
0
0