Beynəlxalq dərəcəli voleybol hakimlərimiz növbəti təyinat alıblar.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti açıqlayıb.
Eldar Zülfüqarov kişi voleybolçular arasında Çempionlar Liqasına təyinat alıb. Təmsilçimiz A qrupunda yer alan “Ziraat Bank ANKARA” (Türkiyə) və “Grupa Azoty KĘDZIERZYN-KOŹLE” (Polşa) komandalarının matçında birinci hakim olacaq. Qarşılaşma bu gün saat 21:00-da başlayacaq.
Həmyerlimiz Fuad Ağayev bu gün CEV kubokunun 1/8 final mərhələsinin matçını idarə edəcək. O, qadın voleybolçulardan ibarət Serbiyanın “Zeleznicar LAJKOVAC” və İtaliyanın “Reale Mutua Fenera CHIERI’76” klublarının qarşılaşmasında ikinci hakim olacaq.
Noyabrın 30-da isə Zaur Hacıyev qadın voleybolçular arasında Çelenc kubokunun 1/8 final mərhələsində “Qalatasaray Daikin ISTANBUL” (Türkiyə) – “VC WIESBADEN”(Almaniya) qarşılaşmasında birinci hakim olacaq.
- Mourinyo “Qarabağ”ın mümkün rəqiblərinə ad qoydu - “Köpək balıqları”
- Konfrans Liqasında qrupda son oyunlar
- Braziliyalı futbolçu “Milan”ın radarında
- Türkiyə millisinin sabiq futbolçusu vəfat etdi
- “Fövqəladə hallar uşaqların gözü ilə” XII Respublika uşaq yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO