Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XV turun oyunları bu gün keçiriləcək.
Apasport.az xəbər verir ki, saat 16:00-da “Gənclər” - MOİK və “Xilasedici” - “Neftçi” görüşləri start götürəcək.
Qarşılaşmalar müvafiq olaraq Sumqayıt Olimpiya İdman Kompleksində və Fövqəladə Hallar Nazirliyinin idman zalında gerçəkləşəcək.
Saat 18:00-da başlayacaq "Azərreyl" - "Murov Az Terminal" matçı Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil ediləcək.
Qeyd edək ki, "Murov Az Terminal" 14 oyundan sonra 34 xalla liderdir. 13 oyun keçirən "Xilasedici" və "Azərreyl"in 31 xalı var. "Neftçi" 21 xalla dördüncü, MOİK 5 xalla beşinci, "Gənclər" 1 xalla sonuncu - altıncıdır.
- Ağasəlim Mircavadov: "Sonrasını yığıb-yığışdırmaq ağır olacaq" - Müsahibə
- “Mançester Yunayted” Antoninin transferindən 50 milyon qazanmaq istəyir
- Laporta təsdiqlədi – “Barselona” Alvarez üçün təklif göndərib
- Premyer Liqa klubu "Mançester Siti"dən Qrilişi almaq istəyir
- Emrelinin qolu Almaniyada ən yaxşı seçildi