![CEV prezidenti gəldi, oyunlar təxirə salındı](https://apasport.az/storage/news/2023/november/07/big/654a10878627a654a10878627b1699352711654a108786276654a108786278.png)
Voleybol üzrə ölkə çempionatında bu gün keçiriləcək oyunlar təxirə salınıb.
Apasport.az xəbər verir ki, buna ölkəmizdə səfərdə olan Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiç, CEV-in vitse-prezidenti Renato Arena, Türkiyə Voleybol Federasiyasının prezidenti Akif Üstündağ, Bolqarıstan Voleybol Federasiyasının prezidenti Lyubomir Qanevlə bir sıra görüş və tədbirlərin keçirilməsi səbəb olub.
Bu üzdən də noyabrın 7-də keçirilməsi nəzərdə tutulan bütün qarşılaşmaların vaxtının dəyişdirilməsi qərarı alınıb.
Qeyd edək ki, təxirə salınmış oyunların keçiriləcəyi tarix dəqiqləşməyib.