"Milli Aviasiya Akademiyası" "Murov Az Terminal"la üz-üzə gələcək
04.12.2025 - 10:17
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında V turun növbəti matçları keçiriləcək.
Apasport.az xəbər verir ki, "Milli Aviasiya Akademiyası" komandası "Murov Az Terminal"la üz-üzə gələcək.
Qarşılaşma Milli Aviasiya Akademiyasının idman zalında baş tutacaq. Digər görüş UNEC və "Turan" arasında gerçəkləşəcək. Bu matç UNEC-in idman zalında keçiriləcək.
Hər iki qarşılaşma saat 17:00-da start götürəcək.
Qeyd edək ki, turun ötən gün baş tutan "DH Volley" - "Gənclər" görüşündə birincilər 3:0 hesablı qələbə qazanıb. Qadınlar arasında Yüksək Liqanın V turuna sabah yekun vurulacaq.
0
0