Qar voleybolu üzrə qadınlar və kişilər arasında Azərbaycan Kuboku keçiriləcək.
Apasport.az xəbər verir ki, yarış yanvarın 24–25-də Şahdağ Turizm Mərkəzində təşkil olunacaq.
Turnirdə qadınlar arasında 5 ("Gəncə", "Azərreyl", "Milli", "Milli-2", "Qaraqaya"), kişilərdə isə 4 komanda ("Gənclər", "Qaraqaya", "Baku Fires", "Azərreyl") iştirak edəcək. Oyunlar dairəvi sistem üzrə keçiriləcək.
Turnirin yekununda mükafatçılar turnir cədvəlində komandaların tutduqları yerlərə əsasən müəyyənləşdiriləcək.
Qeyd edək ki, qar voleybolu üzrə Azərbaycan çempionatı ilk dəfə ötən ilin yanvarında baş tutub.
- Millətlər Liqası: Xorvatiya Fransanı, Ukrayna Belçikanı məğlub etdi - YENİLƏNİB
- Laurentsiu Regekampf: "Bütün köməkçilərim buradadır"
- Cüdo üzrə yeniyetmələr arasında liqa yarışının IV turu start götürüb
- “Əcnəbi məşqçiyə 3 dəfə artıq pul verməyin nə mənası var?!“ - MÜSAHİBƏ
- Paytaxt klubu baş məşqçisi ilə müqavilə yeniləyib