Serbiya voleybol millisini Paris Yay Olimpiya Oyunlarında mübarizəni dayandırdıqdan sonra Avropa mətbuatında baş məşqçinin qovulması ilə bağlı xəbərlər yayılmışdı.
Apasport.az xəbər verir ki, Serbiya Voleybol Federasiyası bu xəbərləri təkzib edib.
Yayılan xəbərlərdə Covanni Quidettinin postunu Stefan Antiqanın tutması ilə bağlı məlumat yer alırdı.
Federasiya isə bildirib ki, voleybol millisinin nəticələrindən və inkişafından razıdır. Rəhbərlik hazırda hər hansı məşqçi dəyişikliyi barədə düşünmür.
Xatırladaq ki, serblər Olimpiadanın 1/4 final mərhələsində İtaliyaya məğlub olaraq mübarizəni dayandırıb. İtaliya isə yarımfinalda Türkiyənin rəqibi olub.
- "Araz-Naxçıvan"ın futbolçusu Misli Premyer Liqasında 20-ci qolunu vurub
- Türkiyədəki xeyriyyə matçı sülhlə başa çatdı
- Azərbaycan kubokunun oyunlarından əvvəl 1 dəqiqəlik sükut elan olunacaq
- İdman və Sosial Media: İdmançıların Digital Dünyada Yüksəlişi
- Dünya çempionatına həsr olunmuş konsert keçiriləcək