
Bu gün kişi voleybolçuların Yüksək Liqasında ilk mükafatçı bəlli olub.
Apasport.az xəbər verir ki, “Xilasedici” və “Neftçi” üçüncü yer uğrunda ikinci oyuna çıxıb.
Qarşılaşma GİN-in Voleybol Mərkəzində keçirilib.
“Xilasedici”yə bürünc medal qazanmaq üçün ən azı 2 setdə qalib gəlmək kifayət edib. Amma komanda bu dəfə qələbəni bayram edərək, medala layiq olduğunu sübuta yetirib. Onlar "Neftçi"yə 3:1 hesabı ilə qalib gəliblər.
Yüksək Liqa (kişilər)
Üçüncü yer uğrunda oyun, ikinci oyun
21 aprel
17:00. “Xilasedici” - “Neftçi” - 3:1 (25:18, 23:25, 25:17, 25:18)
GİN-in Voleybol Mərkəzi
İlk oyun – 3:0
Qeyd edək ki, çempionluq uğrunda aprelin 22-də və 25-də keçiriləcək matçlarda “Azərreyl” “Murov Az Terminal”la qarşılaşacaq.