Yeniyetmə voleybolçularımız Türkiyədə hazırlıq keçəcək
14.07.2024 - 21:29
![Yeniyetmə voleybolçularımız Türkiyədə hazırlıq keçəcək](https://apasport.az/storage/news/2024/july/14/big/66940b0d4b3c866940b0d4b3c9172097818966940b0d4b3c666940b0d4b3c7.jpeg)
16 yaşadək voldeybolçu qızlardan ibarət yığmamız Türkiyədə təlim-məşq toplanışı keçəcək.
Apasport.az xəbər verir ki, millimiz bu gün Ankara şəhərinə yola düşüb.
Hazırlıq Türkiyə yığması ilə birlikdə təşkil olunub. İyulun 18-ə kimi davam edəcək təlim-məşq toplanışında komandalar arasında yoxlama oyunları da təşkil olunacaq.
Yeniyetmə və gənc qızlardan ibarət milli komandanın baş məşqçisi Şahin Çatmaheyətdə 16 voleybolçuya yer verib.
0
0