Yüksək Liqa: Bu gün XVI turun oyunları keçiriləcək
18.03.2025 - 10:15
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün XVI turun oyunları keçiriləcək.
Apasport.az xəbər verir ki, UNEC “Murov Az Terminal”la üz-üzə gələcək.
UNEC-in idman zalında baş tutacaq qarşılaşma saat 16:00-da başlayacaq.
Turun digər görüşlərində “Abşeron” “Gəncə”ni, “Azərreyl” isə “Milli Aviasiya Akademiyası”nı qəbul edəcək. Hər iki oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.
“Abşeron” - “Gəncə” matçına saat 16:00-da, “Azərreyl” - “Milli Aviasiya Akademiyası” görüşünə isə 18:00-da start veriləcək.
- Uels millisinin sabiq futbolçusuna Azərbaycandan təklif
- Millimizə isveçrəli mütəxəssis rəhbərlik edəcək
- Ayxan Abbasov: "Pulumuz bitənə kimi transfer edəcəyik"
- “Ordu”nun üzvü: “Mövsümü major notlarla başa vurmaq istəyirik”
- “Araz-Naxçıvan”ın futzalçısı: “Çalışacağıq ki, markanın şöhrətini geri qaytaraq”
0
0