Yüksək Liqa: Bürünc mükafatçı müəyyənləşəcək
21.04.2025 - 11:38
Yüksək Liqa: Bürünc mükafatçı müəyyənləşəcək

Kişi voleybolçular arasında keçirilən Azərbaycan Yüksək Liqasında bu gün mövsümün bürünc mükafatçısı müəyyənləşəcək.

Apasport.az xəbər verir ki, üçüncü yer uğrunda cavab oyununda “Neftçi” və “Xilasedici” komandaları üz-üzə gələcək. Qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq və saat 17:00-da start götürəcək.

Komandalar arasında keçirilmiş ilk oyunda “Xilasedici” 3:0 hesabı ilə inamlı qələbə qazanıb.

Reqlamentə əsasən, bürünc medalçının adı iki oyunun nəticəsinə əsasən müəyyənləşəcək. Əgər hər iki komanda bir qələbə qazansa və xallar bərabər olarsa, qalibi müəyyənləşdirmək üçün “qızıl set” oynanılacaq.