Yüksək Liqanın oyunu yarıda dayandırılıb
17.12.2025 - 23:24
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VII turun oyunu yarıda dayandırılıb.
Apasport.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilən "Xilasedici" – "Ordu" matçı supervayzerin qərarı ilə yarıda saxlanılıb.
Qarşılaşma ilə bağlı Azərbaycan Voleybol Federasiyası tərəfindən müvafiq qərar qəbul ediləcək və açıqlanacaq.
Günün ilk görüşündə isə "Neftçi" "Murov Az Terminal"a 3:2 hesabı ilə qalib gəlib.
0
0