5 il sonra ilk dəfə ÇL yarımfinalında olmayacaqlar
17.04.2025 - 12:17

Çempionlar Liqasının 1/4 finalında "Real Madrid" Londonun "Arsenal" klubuna uduzub.
Apasport.az xəbər verir ki, “Santyaqo Bernabeu”da keçirilən cavab görüşündə “topçular” qalib gəlib - 2:1.
Beləliklə, “kral” klubu 2019/20 mövsümündən sonra ilk dəfə Çempionlar Liqasının yarımfinalına yüksələ bilməyib.
5 il əvvəl 1/8 finalda “Mançester Siti”yə uduzan Madrid klubu bundan sonrakı dörd mövsümdə də 1/2 finala yüksəlib, 2 dəfə turnirin qalibi olub.
Qeyd edək ki, "Arsenal" yarımfinalda PSJ ilə qarşılaşacaq. “Barselona” isə finala vəsiqə uğrunda “İnter”lə mübarizə aparacaq.
- Azərbaycanda keçiriləcək III MDB Oyunları üzrə Təşkilat Komitəsi yaradılıb - SƏRƏNCAM
- “Yanq Boyz”da gözlənilən ayrılıq
- Fransa Mərakeşə qalib gəlib, ardıcıl 2-ci dəfə finala çıxdı - YENİLƏNİB
- Gecənin şanslısı: Azarkeş 25 min dollar qazandı - VİDEO
- Azərbaycanlı FİFA referisi Yunanıstan Superliqasına təyinat aldı
0
0