A Seriyası: “Bolonya” “Empoli” ilə bacarmadı
                    
                    26.01.2025 - 01:41
                        
                     
                    İtaliya A Seriyasının XXII turunun oyunları davam edir.
Apasport.az xəbər verir ki, günün son matçında “Empoli” doğma arenada “Bolonya”nı qəbul edib.
Outsayderlərlə arasında cəmi 1 xal fərq olan “Empoli” çətin keçən qarşılaşmadan 1 xal almağı bacarıb.
İlk hissədə vurulan qollar matçın taleyini bəlirləyib - 1:1
Bu nəticə ilə xallarının sayını 21-ə yüksəldən “Empoli” turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
İtaliya A Seriyası 
XXII tur
23:45. “Empoli” – “Bolonya” – 1:1
                                
                                0
                                
                                0
                            
                            
                            
                         
             
                     
                     
                                                                                                 
                                                 
                                                 
                                                