Adı "Neftçi" ilə hallanan Terim Səudiyyə Ərəbistanı klubunu çalışdıra bilər
26.12.2024 - 10:52
Fatih Terim karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Əl-Şabab" klubu təcrübəli mütəxəssisə rəsmi təklif göndərib.
Hazırda tərəflər arasında aparılan danışıqların müsbət istiqamətdə irəlilədiyi bildirilir.
Terim, İngiltərənin "Vulverhempton" klubuna yollanan baş məşqçi Vitor Perreyranın yerini doldura bilər. Hazırda "Əl-Şabab" Səudiyyə Ərəbistanı Pro Liqasında 23 xalla 6-cı sırada yer alır.
Qeyd edək ki, bir müddət əvvəl "Neftçi" də türkiyəli mütəxəssislə maraqlanırdı.
- Ziyeç "Çelsi"yə QAYIDA BİLƏR
- İslam Oyunları: İdmançılarımız bu gün iki növdə mübarizə apacaqlar
- Dursun Özbek: “Eren Elmalı və Metehan Baltacı eyni tərəziyə qoyulmamalıdır”
- Ölkə birinciliyində yunan-Roma yarışlarına start verilib
- FİF-in icraçı direktoru: "Zaqatala"nı dayanıqlı biznes strukturuna çevirmək istəyirik"
0
0