Ali Koçun tarixi bonus qərarı: ÇL-də əsas mərhələyə qalacaqları təqdirdə komandaya 3 milyon avro veriləcək
26.08.2025 - 22:28
"Fənərbağça"nın prezidenti Ali Koç Çempionlar Liqasının pley-off mərhələsində "Benfika"nı məğlub edəcəyi təqdirdə komandaya 3 milyon avro mükafat verəcəyini açıqlayıb.
Apasport.az xəbər verir ki, bonus rəhbərlik tərəfindən ödəniləcək.
Bununla belə, sponsorların və "Fənərbaxça"lı iş adamlarının dəstəyi ilə bonusun daha da arta biləcəyi bildirilib. Bu mükafat "Fənərbaxça"nın 16 illik Çempionlar Liqası həsrətinin sona çatması halında ödəniləcək.
Qeyd edək ki, "Benfika" - "Fənərbaxça" matçı sabah axşam saat 23:00-da Portuqaliyanın paytaxtı Lissabonda baş tutacaq.
- "Azərreyl" "Milli Aviasiya Akademiyası" ilə üz-üzə gələcək
- Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib - FOTO
- AFFA Apellyasiya Arbitraj Tribunalı "Neftçi"nin şikayətini təmin etmədi
- Vernidub: “Rəhbərlikdən xahiş etmişəm ki…”
- Azər Bağırov: “Nəticə mənim üçün əvvəldən bəlli idi”
0
0