"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri gələcəyi ilə bağlı fikirlərini bildirib.
Apasport.az xəbər verir ki, mütəxəssis aydın şəkildə bildirib ki, onun gələcəyi komandanın Çempionlar Liqasına düşüb-düşməməsindən asılıdır:
“Əsas diqqət Çempionlar Liqasına vəsiqə qazanmaqdır. O zaman klub olaraq ən düzgün qərarı “Yuventus” rəhbərliyi verəcək”.
Bundan əvvəl KİV-də Alleqrinin yayda çox güman ki, qovulacağı ilə bağlı məlumatlar yayılmışdı.
Əlavə olaraq qeyd edək ki, hazırda "Bolonya"da özünü yaxşı tərəfdən göstərən Tiaqo Mottanın “qoca sinyora”nın "sükanı arxası"na keçə biləcəyi ilə bağlı söz-söhbətlər var.
- Azərbaycan atleti Macarıstanda gümüş medal qazanıb
- ÇL: “Araz-Naxçıvan” Portuqaliya klubuna məğlub olub
- Ağırlıqqaldırma Federasiyasının prezidenti: “İrəvanda Azərbaycan bayrağına qarşı edilmiş hərəkət bizi çox məyus etdi”
- Millinin məşqçisi: "Yığmamız səbətlərin ən güclü komandaları ilə eyni qrupa düşüb"
- Həftənin futbolçusu bəlli oldu - 2 qol və 1 məhsuldar ötürmə ilə