Almaniya millisinin futbolçusunun fırıldağı üzə çıxdı - FOTO
10.03.2023 - 13:03
Dortmund “Borussiya”sının gənc futbolçusu Yussufa Mukoko ilə bağlı fırıldaq üzə çıxıb.
Apasport.az saytı xəbər verir ki, Almaniya millisinin Kamerun əsilli mərkəz hücumçusunun “lipa” olduğu bəlli olub.
Fırıldağın üstünü isə “Bild” nəşri açıb. Burada çap edilən sənədlərdə Mukokonun heç də 18 yaşında olmadığı müəyyənləşib. O, əslində 2000-ci il təvəllüdlüdür və 23 yaşına keçib.
Qeyd edək ki, 2016-cı ildə Dortmund təmsilçisinin heyətinə cəlb olunan Mukoko 2020-ci ildən əsas komandada çıxış edir. Futbolçu bu mövsüm 26 oyunda 6 qol və eyni sayda assistlə yadda qalıb.

- Futzal millimiz yunanlardan 11 top buraxdı
- Donald Gerye: “Qarabağ” geridönüş edərək “Dinamo” səddini keçəcək" - Açıqlama
- Daha bir taekvondoçumuz Avropa Oyunlarına vəsiqə qazandı - FOTOLENT
- "Fənərbaxça"nın 1/4 finaldakı potensial rəqibləri MÜƏYYƏNLƏŞDİ
- "Mançester Siti" 3 milyona görə "Qalatasaray"ın təklifini rədd etdi
0
0