Almaniya millisinin üzvü “Aston Villa”da
28.08.2026 - 09:22
Almaniya millisinin üzvü “Aston Villa”da

"Bavariya"dan ayrılan Leon Qoretskanın yeni klubu bəlli olub.

Apasport.az xəbər verir ki, almaniyalı futbolçu karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

O, "Aston Villa" ilə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Leon Qoretska 2018-ci ilin yayından "Bavariya"da çıxış edirdi. Almaniya millisinin üzvü 2025/26 mövsümündə Münhen təmsilçisinin heyətində bütün turnirlərdə meydana çıxdığı 48 rəsmi matçda 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.