Almaniya millisinin üzvü “Bavariya”da çıxış edəcək
24.05.2025 - 01:34
Almaniya Bundesliqası təmsilçilərindən “Bayer”in müdafiəçisi Conatan Tanın gələcəyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, mövsümün sonunda Leverkuzen klubu ilə müqaviləsi başa çatacaq 29 yaşlı futbolçu azad agent kimi “Bavariya”ya keçəcək.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Artıq tərəflər arasında razılıq əldə olunub.
Qeyd edək ki, Almaniya millisinin üzvü 2015-ci ildən “Bayer”in şərəfini qoruyur. O, bu müddət ərzində komandanın heyətində 408 oyuna çıxıb və 18 qol, 13 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Qırmızı şeytanlar” maviyə büründü – Yeni səfər forması - FOTO
- “Porto”nun yeni baş məşqçisi bəlli olub
- İngiltərə Futbol Assosiasiyası Robertsonu vuran hakimi cəzalandırmayacaq
- "Neftçi"nin futbolçusu: "Ağrılarım yoxdur" – MÜSAHİBƏ
- "Çelsi"nin baş məşqçisi Qurban Qurbanov haqda: "17 il ardıcıl eyni klubu çalışdırmaq heyrətamiz bir şeydir"
0
0