Almaniya nəhəngi "Yuventus"un hücumçusunu istəyir
01.07.2024 - 13:35
İtaliya Seriya A təmsilçilərindən "Yuventus"un hücumçusu Federiko Kyeza gələn il başa çatacaq müqaviləsini yeniləməyə tələsmir.
Apasport.az "Tuttosport"a istinadla xəbər verir ki, italyan forvardın xidmətində iki klub maraqlıdır.
Söhbət digər Seriya A təmsilçisi "Napoli" və Bundesliqa nəhənglərindən "Bavariya"dan gedir.
Kyeza gedərsə, “Yuventus” ötən mövsümün ikinci yarısında Dortmund “Borussiya”sında icarə əsasında çıxış edən Ceydon Sançonu “Mançester Yunayted”dən almağa çalışacaq.
İtaliyalı başa çatan mövsümdə 9 qol ilə yadda qalıb.
- “Beşiktaş” onları göndərəcək və 4 futbolçu alacaq
- Fransalı hücumçu meydana çıxıb, erkən qol vuran 3-cü oyunçu oldu
- Azərbaycanın 3x3 basketbol millisi Olimpiya Təsnifat turnirində ilk oyununa çıxır
- III MDB Oyunlarının Təşkilat Komitəsinin tərkibində dəyişiklik edilib - Sərəncam
- "Fənərbaxça" portuqaliyalı ilə razılaşdı
0
0